MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

_20170411_183041

YAP Gəncə şəhər Təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının IX konfransına hazırlıqla əlaqədar qrafik üzrə növbəti ilk təşkilatda ümumi seçki yığıncağı keçirilib. Gəncə Dövlət Regional Kolleci YAP ərazi ilk partiya təşkilatında keçirilən yığıncaqda Azərbaycan Respulikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, Kollecin direktoru Fəxrəddin Zeynalov, ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.

Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov tədbiri giriş sözü ilə açıb. Fəxrəddin Zeynalov həmçinin iclasın sədri seçilib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, respublikamızın ictimai-siyasi həyatından, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkənin sosial-iqtisadi tərəqqisində xidmətlərindən danışıb. O, bildirib ki,Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.

 

Daha sonra isə YAP Gəncə Dövlət Regional Kolleci ərazi ilk partiya təşkilatının sədri İlqar Əliyev ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlər, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı hesabat verib. Bildirilib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənib. Təşkilatda qeydiyyatda olan hər bir üzv partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edib. Elşad Abbasov, Məlahət Əsgərova və digər partiya üzvləri çıxış edərək, hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Ərazi ilk partiya təşkilatının sədrinin ötən müddət ərzində görülmüş işlərin qiymətləndirərək, hesabatı təsdiqlənib.

Yığıncaqda təşkilatın İdarə Heyətinin üzvləri, İlqar Əliyev ilk partiya təşkilatının sədri, eləcə də, YAP Gəncə şəhər Təşkilatının IX konfransına 11 nəfər nümayəndə seçilib.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının Nizami yurdunda layiqincə yerinə yetirildiyini, şəhərdə aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirib. Millət vəkili qeyd edib ki, Prezident cənab İlham Əliyevin elm, təhsil sahəsinə hərtərəfli qayğısı, təhsil islahatları Gəncədə fəaliyyət göstərən elm və təhsil müəssisələri kollektivlərinin uğurların qazanılmasına təkan verib.

YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov partiyanın ölkənin və şəhərin ictimai-siyasi həyatındakı rolundan danışıb. Bildirib ki, təşkilatın partiya fəalları daim öndə olur, şəhərin ictimai- siyasi həyatında yaxından iştirak edir, layiqli töhfələri ilə uğurlara imza atırlar.

Sonda partiya sıralarına daxil olmuş bir neçə nəfərə partiya vəsiqələri təqdim edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top