“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən daha bir aqroturizm təsərrüfatına dəstək göstərilib.

Növbəti dəstək göstərilən təsərrüfat Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən, fermer Ceyhun Nuriyevə məxsus arıçılıq təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük` və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.

Arıçılıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahibi son illər turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb. Aqroturizm fəaliyyətinə yeni başlayan təsərrüfat sahibi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgahın tikintisi, təndirxananın bərpası, həyətyanı sahənin hasarlanması və s.) aparılıb və təsərrüfat abadlaşdırılıb.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top