MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

park sumqayit

Sumqayıtda yeni park salınır

Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılır.
Economic, xeberle.com saytına istinadən xəbər verir ki, bu işlər yalnız  şəhərdə deyil, Sumqayıtın qəsəbələrində də geniş vüsət alıb.
Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsinə başlanılıb və bu proses hazırda uğurla icra olunur. Yolun Corat qəsəbəsindən keçən  hissəsində  sakinlərin istirahətinin təşkil edilməsi məqsədilə işlər də həyata  keçirilir. Belə ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə müasir landşaft həlli olan park salınır. Abadlaşdırılan sahədə tamet döşəmə salınır, çəmən, dekorativ ağac və kollar əkiləcək. Xüsusi işıqlandırma sisteminin və oturacaqların da quraşdırılacağı parkda uşaqlar üçün atraksionlar da olacaq.
Bir sözlə parkda Corat  qəsəbəsinin sakinlərinin istirahəti və uşaqların əylənməsi üçün hər cür imkan yaradılacaq.
Yeni istirahət guşəsinin yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top