MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Kristal Abseron

Sumqayıtda vətəndaş və “Kristal Abşeron” MTK arasında qalmaqal – KİM HAQLIDIR?

Bir neçə gün əvvəl Sumqayıt şəhər sakini Qoşqar Namazov saytımıza müraciət edərək “Kristal Abşeron” MTK ilə bağlı öz şikayətini bildirib. Onun sözlərinə görə, 1998-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti ona Vətən müharibəsi veteranı (3-cü qrup əlil) olduğu üçün 10-cu mikrorayon ərazisində18 kvadrat metr torpaq sahəsi ayrılmasına sərəncam verib. Vətəndaş isə orada qaraj inşa edib. 2014-cü ildə “Kristal Abşeron” MTK həmin sahəni hasarlayaraq bina inşa edib və ona süni maneələr yaradaraq qarajı şirkətə ucuz qiymətə satması üçün əllərindən gələni edir. Həmçinin elektrik xəttinə görə texniki şərti və sayğacı olsa da,”Kristal Abşeron” MTK-nın əməkdaşları qanunsuz olaraq qaraja gələn 150 metrlik elektrik xəttini kəsərək 2 ədəd dirəyini oğurlayıblar, qaraj mühasirəyə alındığı üçün axşam avtomobillə içəri daxil olmasına gözətçi icazə vermir. Bu barədə hara müraciət etsə də, onun şikayətləri cavabsız qalıb.
Məsələ ilə bağlı Xeberle.com-un əməkdaşları “Kristal Abşeron” MTK-nın direktoru Şükür Həmzəyevin münasibətini öyrənib. Ş.Həmzəyev: “Bu ərazi “Kristal Abşeron”a məxsus mülkiyyət hüquqlu torpaqdır. Mənim torpağıma heç kim qaraj qoya bilməz. Mənim atam da 2-ci qrup əlildir və qaraj onlara veriləndə sənədin altından yazılıb ki, dövlət onu istənilən vaxt köçürdə bilər. Qaraj onundur, amma altındakı torpaq mənim. Mənim mülkiyyət hüquqlu çıxarışım var və o, gətirib mənim torpağıma qaraj qoya bilməz. Həmin şəxsin o torpağa mükiyyət hüquqlu sənədi yoxdur. O ərazidə 5 qaraj var. Biz o qaraj sahiblərinin halallığını alacağıq, yəni onlara halallıq üçün pul veriləcək. Həmin şəxs isə istəyir ki, vəziyyətdən sui istifadə edib daha çox pul alsın”. Ş.Həmzəyev həmin ərazinin sənədlərini göstərərək: “Bu, mənim sənədlərimdir və mən oranın ünvanına qədər almışam. Dövlətimizin qanunu var və hər şey qanun çərçivəsində olmalıdır. O qanunu nə siz, nə də ki, mən poza bilmərik”.
Məsələyə hüquqşünas Ramil Süleymanovun da münasibətini öyrəndik. Onun sözlərinə görə həmin ərazidəki qarajın sökülməsi ilə bağlı məhkəmə qərarı olmalıdır: “Müvafiq qurumun həmin ərazi üçün hansısa bir iddiası varsa, vətəndaşa xəbərdarlıq etməlidir. Əgər  vətəndaş xəbərdarlıqdan narazı  qalarsa, o, aidiyyəti üzrə məhkəmə orqanına müraciət edə bilər. İstənilən halda o ərazidə qarajı olan vətəndaşların razılığı alınmalı və onlara kompensasiya verilməlidir. Qarajın sökülməsi məsələsinə gəldikdə isə bununla bağlı məhkəmə qərarı olmalıdır. Əgər məhkəmənin bununla bağlı müvafiq qərarı yoxdursa, qaraj sökülə bilməz”.
Şikayətçi tərəfin bizə təqdim etdiyi sənədlərdən məlum olur ki, qaraj üçün ayrılmış torpaq sahəsininin istifadəsi lazım gəldikdə, dövlət tərəfindən ləğv oluna bilər. Xatırladaq ki, sənədlərdə metal – daşına bilən qaraj nəzərdə tutulsa da, vətəndaş orada daşdan qaraj inşa edib. Qoşqar Həmzəyevə İcra Hakimiyyəti tərəfindən verilən sərəncamı və digər sənədləri təqdim edirik.
Elnarə Salamova

Xeberle.com
Sumqayıtda vətəndaş və "Kristal Abşeron" MTK arasında qalmaqal - KİM HAQLIDIR?
Sumqayıtda vətəndaş və "Kristal Abşeron" MTK arasında qalmaqal - KİM HAQLIDIR?
Sumqayıtda vətəndaş və "Kristal Abşeron" MTK arasında qalmaqal - KİM HAQLIDIR?
Sumqayıtda vətəndaş və "Kristal Abşeron" MTK arasında qalmaqal - KİM HAQLIDIR?

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top