Son 3 ayda Sumqayıtda 50 min ağac əkilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Son 3 ayda Sumqayıtda 50 min ağac əkilib

Son zamanlar Sumqayıt şəhərində ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına hesablanmış mühüm tədbirlər həyata keçirilir. Economic-in məlumatına görə, qısa müddət ərzində aparılan geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri sayəsində Sumqayıt ən abad və yaşıllıqlarla zəngin şəhərə çevrilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərin giriş hissəsindən başlayaraq, küçə, park və xiyabanlarında son bir neçə ayda bir milyon iki yüz mindən artıq mövsümü gül, 90 min qızılgül, 50 min  həmişəyaşıl ağac əkilib. Bununla yanaşı şəhərin park və küçələrində əkilən nadir və dekorativ bitki kolları şəhərə xüsusi gözəlik verir. Artıq şəhərin müxtəlif ərazilərində 430 palma ağacı əkilib.

Şəhərin küçə və prospektləri boyunca yolun kənarlarına, eləcə də park və xiyabanlara 15 min kvadratmetr sahəyə  qazon örtüyü salınıb. Yeni salınmış yaşıllıq sahələrinə su xətləri çəkilərək, suvarma sistemləri quraşdırılıb.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində adambaşına düşən yaşıllıq sahəsi 26,5 kvadrat metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, şəhər rəhbərliyinin tapşırığına əsasən göstəricinin 2 dəfə artırılaraq 50 kvadrat metrə çatdırılması nəzərdə tutulub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top