
“Shamkir Chess-2017”də səkkizinci tura yekun vurulub
Aprelin 29-da Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” beynəlxalq şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.
“Synergy Group” tərəfindən təşkil olunan yarışın səkkizinci turunda turnirin lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub olub. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Uesli So (ABŞ) ilə görüşü heç-heçə nəticələnib.
Bu turda Rusiya təmsilçiləri qələbə qazanıblar. Vladimir Kramnik İngiltərə təmsilçisi Maykl Adamsı, Sergey Karyakin isə ukraynalı Pavel Elyanovu məğlub edib.
Bolqarıstanlı Veselin Topalov ilə Hindistan şahmatçısı Pentala Harikrişna arasındakı partiya heç-heçə başa çatıb.
Səkkizinci turda məğlub olmasına baxmayaraq, Ş.Məmmədyarov turnir cədvəlində vahid liderliyi davam etdirir. Şahmatçımızın aktivində 5 xal var. U.So ikinci, V.Topalov isə üçüncü sıradadır. Hər iki şahmatçı 4,5 xal toplayıb. Onlardan yarım xal az toplayan S.Karyakin, V.Kramnik, R.Voytaşek və M.Adams müvafiq olaraq, dördüncü, beşinci, altıncı və yeddinci yerlərdə qərarlaşıblar. Sonrakı yerləri isə müvafiq olaraq, Pavel Elyanov (3,5 xal), Teymur Rəcəbov (3,5) və P.Harikrişna tuturlar.
Turnirə aprelin 30-da yekun vurulacaq.
AzərTac.Az
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]