Samuxda əlillər üçün yeni layihənin icrasına başlanılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Samuxda əlillər üçün yeni layihənin icrasına başlanılıb

Samuxda İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi “Azərbaycanda Vətəndaş Cəmiyyəti – media-hökumət və özəl sektorun səyləri ilə hərəkət imkanları məhdud insanların yaşam şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib.

20-yə yaxın əlilin iştirak etdiyi təlim zamanı hərəkət imkanları məhdud insanların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar müzakirə olunub, əlillərin cəmiyyətə inteqrasiyası yollarından danışılıb.

Təlimlər Goranboy, Göygöl və Şəmkir rayonlarında da təşkil olunacaq. Layihə çərçivəsində “Çağrı mərkəzi” də yaradılıb ki, burada hərəkət imkanları məhdud insanlara hüquqi yardımın göstərilməsi, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlər verilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top