MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Qazax Sement Zavodu

Qazax Sement Zavodu 2018-ci ilədək istehsal həcmini illik 3 milyon tona çatdıracaq

“Qazax Sement Zavodu” MMC Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur.

Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015-ci və 2016-cı illərdə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə və 25 faizədək bazar payına nail olub. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.

Prezident İlham Əliyevin ixracın təşviqi ilə bağlı imzaladığı Sərəncama əsasən, Qazax Sement Zavodu ixrac potensialını artıraraq, 2016-cı il üçün xarici valyuta daxilolmalarının 50 faizə, növbəti illərdə isə 80 faizə çatdırılmasını proqnozlaşdırır.

Cari ilin əvvəllərindən başlayaraq zavod istehsal prosesinin təkmilləşdirilməsi və kadrların peşə hazırlığının inkişafı üçün Almanıyanın VDZ və Thyssenkrupp şirkətləri ilə əməkdaşlığa başlayıb. Dünyada sement və beton sənayesində ən qədim və təcrübəli tədqiqat institutu olan VDZ ilə “Mərkəzi idarəetmə operatorlarının təlimi” və “Mühəndis təlimi” olmaqla, ikimərhələli təlim proqramı reallaşdırılıb. Təlim proqramı çərçivəsində yerli kadrların bilik və bacarıqlarının artırılması, zavodun istehsal prosesinin mərkəzi sistemdən idarə edilməsinin təkmilləşdirilməsi, sement istehsalı prosesi və digər sahələrdəki mühəndislərin nəzəri və praktiki biliklərinin inkişafına nail olunub.

Thyssenkrupp şirkəti isə zavodda istehsal prosesinin optimallaşdırılması, istehsal xərclərinin azaldılması, o cümlədən ətraf mühitin qorunması istiqamətində layihələri və təlim proqramı həyata keçirib.

“Qazax Sement Zavodu” MMC ölkənin və regionun inkişafında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün strateji fəaliyyət planına uyğun ixtisaslı kadr və maddi texniki bazaya malikdir və bu istiqamətlə inkişafını davam etdirməkdədir. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top