MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

R.İ.S.K.” Elmi İstehsalat Şirkəti

Mingəçevir şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi olub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Mingəçevir şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq Mingəçevir şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin, Mingəçevir şəhəri İcra Hakimiyyəti Aparatının rəhbərliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İctimai müzakirədə Mingəçevir şəhərinin yeni baş planının işlənilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin sonunda Mingəçevir şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış yeni Baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top