
Gəncə şəhərində, İqtisadi və Sosial İnkişaf Mərkəzi tədbir keçirdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) iyulun 12-də Gəncə şəhərində şəhər icra hakimiyyəti, DSMF, bələdiyyə, sahibkar və KİV nümayədələrinin iştirakı ilə sosial maarifləndirmə təlimi təşkil edib.
Təlimdə ekspert Rövşən Novruzov “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin dayanıqlı ikişaf məqsədləri kontekstində“ mövzusunda təqdimat edib. O, 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barəsində təlim iştirakçılarına məlumat verib. Təlim iştirakçıları onları maraqlandıran sualla müraciət edib və eyni zamanda öz problemlərini bölüşüblər. Qaldırılan əksəriyyət sual və təkliflərlə bağlı məsləhətlər verilib.
Təlim zamanı 3 fokus qrup yaradılb. Hər bir qrupun təqdimatı üçün suallar müəyyənləşdirilib Qrup üzvləri müəyyən vaxt ayırmasından sonra öz təqdimatlarını ediblər. Qrup üzvləri təqdimat zamanı biri digərinə müxtəlif suallar verib və bu da onların etdiyi təqdimatın daha da maraqlı olmasına səbəb olub. Təlimin sonunda iştirakçılar təlimi qiymətləndiriblər.
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində təşkil edilib.
BƏNZƏR MƏQALƏLƏR
“Electro Home”-un yeni filialı Göyçayda açıldı
Elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Elektro Home ” şirkəti Göyçayda yeni mağazasını […]
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]