“Əsir düşərgəsi” oxucularının nəzərinə – kitab artıq satışdadır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Əsir düşərgəsi” oxucularının nəzərinə – kitab artıq satışdadır

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çap olunan jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabı artıq satışdadır. Economic.az xəbər verir ki, Lent.az-da yayımlanan eyniadlı layihə əsasında tərtib edilən kitab TEAS Press Nəşriyyat Evində çap olunub.

“Əsir düşərgəsi” kitabını şəhərin kitab mağazalarından əldə edə bilərsiniz. Kitabı TEAS Press Nəşriyyat Evinin saytından online sifariş etmək də mümkündür. Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadığı dəhşətlərdən bəhs edir. Hekayətlər əsir və girovların dilindən qələmə alınıb.

Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.

Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərən, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim edən kitabda bir çox faktlar geniş ictimaiyyətə ilk dəfə çatdırılır.

Lent.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top