Arzu Qafarlının növbəti kitabı nəşr olunub. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Arzu Qafarlının növbəti kitabı nəşr olunub.

Arzu Qafarlının növbəti kitabı işıq üzü görüb. Müəllifin yeni kitabının adı “Dərk Etdim” romanıdır.

O, qeyd edib ki, DƏRK ETDİM romanı yaşanmış həqiqətlərdən bəhs edir. Bu formada yazılan kitablar insan beyninə fərqli şəkildə təsir edir”.

Müəllif həmçinin bildirib ki, “Ədəbiyyatın “müalicəvi” xüsusiyyətini əsas tutan elm adamları bu kimi romanların insan beynini inkişaf etdirdiyini, xarakteri dəyişdiyini və ünsiyyət qurmağı asanlaşdırdığını bildiriblər. Məhz elə bu romanın qəhrəmanı Murad yuxarıda qeyd edilənləri tam özündə əks etdirir. Bu kimi roman qəhrəmanları ilə təmas insanın həm xəyal dünyasını zənginləşdirir, həm də sosial əlaqələri gücləndirir”.

Arzu Qafarlı bildirib ki, “Gənclər üçün örnək ola biləcək qəhrəman özünü kəşf etməyi bacarır. Həmçinin karyerasında öz uğurlarına imza atır.
Əlbəttə, hamı kimi o da həyatda müəyyən çətinliklərlə üzləşir. Amma Murad bu çətinliklərə baxmayaraq inamı, istəyi nəticəsində bütün baş verənlərin öhdəsindən ağıllıca gələrək uğur qazanmağı bacarır”.

Qeyd edək ki, kitabın satışı artıq başlayıb. Oxucular kitabı aşağıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.

– Əli və Nino kitab evi. (alinino.az)

– Novella kitab evi. (Novella.az)

– Kitabevim.az kitab evindən

– Mücrü Nəşriyyat evindən

Həyatın həqiqətlərini və daxilinizdəki özünüzü bu kitabda tapmağınız daha asan olacaq.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top