“Azərsun Holdinq” Sumqayıtda yaradılacaq əczaçılıq müəssisəsinin dəyərini açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərsun Holdinq” Sumqayıtda yaradılacaq əczaçılıq müəssisəsinin dəyərini açıqlayıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumuna əsasən yaradılacaq birgə müəssisənin ümumi dəyəri 35 mln. dollar təşkil edir.

Bu barədə  “Azərsun Holdinq” MMC-nin prezidenti Abdolbari Gözəl deyib.

A. Gözəl qeyd edib ki, gələcəkdə investisiyaların həcmi arta bilər: “Müəssisənin 51%-i Azərbaycan tərəfinə, 49%-I isə İran tərəfinə məxsusdur. Söhbət çox müasir bir müəssisədən gedir. Bünövrəni elə qoyuruq ki, yalnız Azərbaycan və İran deyil, xarici şirkətlər də orada istehsal xətti yarada bilər. Bizim tərəfimizdən bir şərt irəli sürülmüşdü ki, müəssisə beynəlxalq standartlara cavab versin və bununla bağlı razılığa gəlindi”.

Holdinq rəhbəri qeyd edib ki, ilkin mərhələdə 52 ədəd dərmanın istehsalı nəzərdə tutulub: “Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Bunların bəzilərinin xammalı İranda var. Şərtlərdən biri də budur ki, qiymətlər olduqca münasib olacaq. Gələcəkdə burada istehsal olunan məhsullar region ölkələrinə ixrac olunacaq”.

Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top