Qazax rayon sakini evində toxuduğu xalçaları satmaqla gəlir əldə edir
Qazax rayonu əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olub. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir.
Bu gün Qazax xalçaçılıq ənənələrini yaşadanlardan biri də rayon sakini Gülüstan Qurbanovadır. O, evində toxuduğu xalçaları satmaqla, gəlir də əldə edir.
Otuz ildən çoxdur evində fərdi qaydada xalça toxuyan və bu sahəni yaşadan rayon sakini indiyə qədər saysız- hesabsız, müxtəlif növ xalça toxuduğunu deyir. Bu işdə ona həyat yoldaşı kömək edir. Belə ki, o, əvvəlcə şəkli kağıza çəkir, ölçülərini hazırlayır, daha sonra isə xalçaçı onu xana üzərində toxuyur.
Economic xəbər verir ki, Gülüstan Qurbanova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “1985-ci ildən xalça üzərində şəkil toxumağa başlamışam. Şəkilləri yoldaşım rəsm kimi çəkir, millimetrə verir, mən də toxuyuram. Əvvəllər xammalı tapmaq çətin olsa da, indi belə problem yoxdur. Bir xalça ölçüsündən asılı olaraq təxminən 1-2 aya toxunur. Hətta 6 aya ərsəyə gələn xalça da olubdur”.
Qazax sakini indi xalçaları sifarişlə toxuyub satır. Bununla da ailənin büdcəsinin formalaşmasına kömək edir. Xalçaların qiyməti isə 500-1000 manat arasında dəyişir.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]