Astaranın arıçılıq təsərrüfatlarında profilaktiki tədbirlər görülür
Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən olan arıçılıq hazırda inkişaf dövrünü yaşayır.
Məhsul istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalar, edilən güzəştlər, vaxtaşırı olaraq Bakı şəhərində bal məhsullarının satış yarmarkasının təşkil edilməsi təsərrüfat sahiblərinin bu sahəyə olan marağını daha da artırıb.
Uzun illərdir Astarada arıçılıqla məşğul olan İntiqam Kazımov deyir ki, ötən ilin payızında arılar arasında bir neçə xəstəliyin yayılması arı ailələrini məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu.
Xəstəliklərin çoxalmasının ekoloji amillə bağlı olduğunu qeyd edən İ.Kazımov diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, təcrübəli arıçılar problemləri minimal itkilərlə aradan qaldıra biliblər.
Hazırda arı ailələri qışlama dövrünü keçirir. Arıçılar qışlama dövrünü uğurla başa vurmaq üçün zəruri olan bütün profilaktiki tədbirləri görürlər.
Onların qənaətinə görə, arı ailələrini qışdan sağlam və itkisiz çıxarmaq üçün kifayət qədər bal ehtiyatının olması vacib şərtlərdən biridir. Belə ki, hər arı ailəsinin qışdan sağlam çıxması üçün 10-18 kiloqrama yaxın təmiz bal saxlamaq vacib hesab olunur. Qidalanma kifayət qədər olmadıqda isə arılar zəifləyir, onlar arasında xəstəliklər baş qaldırır və ölüm halları artır. Arıların zəifləməsi məhsuldarlığa da təsirsiz ötüşmür.
Qeyd edək ki, hazırda Astara rayonunda arıçılıqla məşğul olan 1124 təsərrüfatda 9738 arı ailəsi saxlanılır.
AzərTac.az
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]