Yeraltı qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir.Qeyd edək ki, hazırda payız-qış mövsümü üçün SOCAR-ın “Qaradağ” və “Qalmaz” qaz anbabarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq, mart ayının sonlarından başlanılmışdır və cari ilin noyabr ayında başa çatdırılacaqdır. Cari il mayın 18-ə kimi anbarlara ümumilikdə 382 milyon 438 min kubmetr qaz vurulmuşdur ki, bunun da 134 milyon 195 min kubmetri “Qalmaz”, 248 milyon 243 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşmüşdür. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı aktiv qazın miqdarı 1 milyard 363 milyon 313 min kubmetr təşkil edir ki, bu həcmin də 632 milyon 631 min kubmetri “Qalmaz”, 730 milyon 682 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşür.
Yeraltı anbarlara vurulan təbii qazın miqdarı onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin payız-qış mövsümündə də ölkə istehlakçılarının “mavi yanacaq”la təchizatında heç bir problem olmayacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]