
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli kredit təqdim edib.
Economic.az bildirir ki, bu barədə Trend-ə ICGB layihə şirkətindən bildiriblər.
Qeyd olunub ki, kreditin ümumi məbləği 40 milyon avro təşkil edir:
“IGB layihəsinin tamamlanması üçün tələb olunan maliyyələşmə tam təmin olunub. Layihə şirkətinin 59,3 milyon avro məbləğində nizamnamə kapitalı səhmdarlar tərəfindən təqdim olunub və artıq tam şəkildə ödənilib”.
Qeyd edək ki, IGB interkonnektoru Yunanıstanla Bolqarıstanın qaz sistemlərini birləşdirəcək. Qaz kəmərinin uzunluğu 182,6 kilometr, buraxılış gücü illik 3 milyard kubmetrdir.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən […]