“Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Konfransı keçiriləcək
Economic.az Socarın saytına istinadən bildirir ki, 25-28 aprel tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı keçiriləcək.
Beynəlxalq konfransda əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr, Azərbaycanın dünya enerji bazarında artan rolu, Avropanın enerji təhlükəsizliyinə töhfələri haqqında ətraflı məlumatlar yayılacaq, yeni enerji layihələri barədə təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaqdır.
Tədbirin keçirilməsində məqsəd konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, əməkdaşlıq əlaqələri yaratmaq, SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etməkdir. Konfransa 19 ölkədən 59 nəfər mütəxəssis və ekspert, Azərbaycandan isə 23 nəfəri mütəxəssis və ekspert olmaqla 150-dən artıq iştirakçı dəvət olunmuşdur. Tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək, heykəli önünə əklil və gül dəstələri qoyacaq, xatirəsini yad edəcəklər.
Açılış günü dövlət və hökumət nümayəndələri, SOCAR rəhbərliyinin təmsilçiləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin rəhbər şəxsləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər plenar sessiyalarda iştirak edəcəklər. Konfrans öz işini 3 gün ərzində müxtəlif mövzular üzrə 9 sessiyada davam etdirəcək. “Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, “Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, “Enerji daşıyıcılarla təminat üçün logistika koridorlarının vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, “Regionun qaz bazarı”, “Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, “Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, “Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, “Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]