
Vergilər Nazirliyinin hüquqları artırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 11.13-1-ci və 11.23-1-ci bəndlər əlavə edilir:
“11.13-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
11.23-1. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;”.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi borcları hansı hallarda silinə bilər?
Vergilər Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə […]
-
Gecikən bəyannamələrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Economic.az verir ki, müraciətdə deyilir ki, […]
-
ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem […]