ƏDV - dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib -
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ƏDV

ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib

“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiqlənib

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Vergi azadolması məhsul növünə görə deyil, alıcıya görə tətbiq edildiyindən, ötən dövr ərzində vergi ödəyicilərindən daxil olan sorğular həmin yem və yem əlavələrinin dəqiq siyahısının müəyyənləşdirilməsi və ƏDV-dən azadolmanın inzibatçılığının qurulması zərurətini yaradıb. Çünki bəzi hallarda eyni növ məhsul həm yem və yem əlavəsi hesab olunur, həm də insan qidası üçün nəzərdə tutulur.

Bu məqsədlə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində dəyişiklik edilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndi ilə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısının müəyyən edilməsi Nazirlər Kabinetinə tapşırılıb. Öz növbəsində Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli Qərarı ilə satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib. Siyahıya qüvvəli, qaba və sulu-şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr şəklində qruplaşdırılmaqla 73 növdə yem və yem əlavələri daxil edilib.


BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top