
“UniCredit” “YapıKredi Bank Azərbaycan”ı tərk etməyəcək
“UniCredit” Türkiyənin “YapıKredi”dəki hissələrini satmayacaq. Bu barədə “UniCredit” qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Karlo Vivaldi (Carlo Vivaldi) deyib.
Onun sözlərinə görə, Türkiyə bazarı qrup üçün olduqca vacibdir: “2003-cü ildən bəri Türkiyədəyik. Türkiyə bizim üçün bir ana bazar rolunu oynayır. 13 ildir ki, “Koç Qrup”la birgə çalışırıq və bu əməkdaşlığa böyük önəm veririk”.
- Vivaldi əlavə edib ki, Mərkəzi və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən bütün nümayəndəliklər “UniCredit” üçün vacibdir.
Qeyd edək ki, 2001-ci ilin sonlarında “Koç” qrupun maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərini birləşdirmək və səhmlərin böyük bir hissəsini ələ keçirərək effektivliyi artırmaq məqsədi ilə adıçəkilən qrup və “Uni Credito İtaliano SPA” arasında “Koç Maliyyə Xidmətləri A.Ş.” üzrə 50%-50% əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bunun nəticəsində, “Koç” qrupun maliyyə sektorunda olan səhmləri (Koçbank, Koç Lease, Koç Faktoring, Koç Invest, Koçbank Nederland N.V., Koçbank Azərbaycan QTSB və Koç Aktivlərinin İdarə Edilməsi) “Koç Maliyyə Xidmətləri” və “Uni Credito İtaliano” arasında bölüşdürülüb və “Koç” qrupu “Koç Maliyyə Xidmətləri”nin bərabər hüquqlu ortağı olub.
2005-ci ilin sentyabr ayında Türkiyədəki “Yapı Kredi Bankası A.Ş.”-də həmçinin “Koç Maliyyə Hizmetleri” ailəsinə daxil olub.
“Koçbank Azərbaycan” 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir.
APA.AZ
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]