
“Unibank” müəllimlərə komissiyasız kredit təklif edir
“Unibank” ASC 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil sektorunda çalışanlar üçün 0% komissiyalı kredit kampaniyası keçirir. Bu barədə “Report”a Bankdan bildirilib.
Bu gündən başlayaraq oktyabrın 12-dək “Unibank”ın filiallarına müraciət edən təhsil işçiləri 5 min manata qədər krediti 24 ay müddətinə komissiyasız rəsmiləşdirə biləcəklər. Üstəlik kampaniya müddətində nağd pul krediti götürənlərə “Albalı Plus” debet kartı hədiyyə veriləcək.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən möcvud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70,565 mln. manatdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]