
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin və müşahidə şurasının yeni tərkibi seçilib
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) növbəti ümumi iclası keçirilib. İclasda birliyin idarə heyətinin və müşahidə şurasının yeni tərkibi seçilib.
TAİB-in məlumatında qeyd edilir ki, pandemiya qaydaları çərçivəsində baş tutan toplantıda əvvəl qurumun 2018-2020-ci il dövrü üzrə idarə heyətinin sədr müavini Mikayıl Yusifovun çıxışı dinlənilib, illik hesabat, balans hesabatları, təxmini büdcələr və danışıqlar haqqında məlumat verilib.
Sonra səsvermə yolu ilə birliyin idarə heyəti və müşahidə şurasının yeni tərkibi təsdiqlənib. Neslihan Tonbul TAİB-in idarə heyətinin sədri, Zenfira Əliyeva müşahidə şurasının sədri, Aygün Əliyeva isə baş katib seçilib.
Tədbirdə çıxış edən N.Tonbul TAİB-in Türkiyədə yaşayan seçilmiş iş adamlarını bir dam altında birləşdirərək iş həyatına xüsusi həyəcan qatdığını, iki qardaş ölkə arasında daha bir körpü yaratdığını bildirib.
Proqramın sonunda TAİB-in Türkiyədəki fəaliyyətlərinə verdiyi töhfələrə görə üzvlərə təşəkkür lövhələri təqdim edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
Kirayə mexanizmi ilə satılan mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən […]
-
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
İyulun 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Səhiyyə Nazirliyinin […]