
Türk Dünyası Qurultayı Memar Sinan Beynəlxalq Layihə Olimpiyadalarının təşkilat komitəsinin üzvləri SOCAR-da olmuşlar
Aprelin 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Türk Dünyası Qurultayı Memar Sinan Beynəlxalq Layihə Olimpiyadalarının təşkilat komitəsinin Baş koordinatoru, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovla görüşmüşlər.İlyas Dəmirçi 16-21 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan qurultayın əhəmiyyətindən söhbət açmış, Türk soylu xalqların “dildə, fikirdə, iştə birlik” anlayışına sahib çıxaraq, böyük Türk millətini layiq olduğu müasir mədəniyyətlər üzərinə qaldırmağın qurultayın ən ali məqsədi olduğunu bildirmişlər. Qurultayının işinə SOCAR-ın verdiyi mənəvi dəstəyə görə minnətdarlıqlarını bildirən təşkilat komitəsinin üzvləri bu tədbirin keçirilmə zərurətindən söz açmışlar. SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov son illərdə şirkətin həyata keçirdiyi layihələrdən bəhs etmiş, bu tipli layihələrdə hər zaman yaxından iştirak etməkdən məmnunluqlarını ifadə etmişlər. Sonda Türk Dünyası Qurultayı Memar Sinan Beynəlxalq Layihə Olimpiyadalarının plaketi və xatirə hədiyyəsi Süleyman Qasımova təqdim edilmişdir
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]