
“Turanbank”ın İdarə Heyətinin sədri dəyişib
“Turanbank” ASC-nin səhmdarlarının 14 oktyabr 2016-cı il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib. Bu barədə “Turanbank”dan bildirilib.
Məlumata görə, Bankın İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən Nazim Sadıqov “Turanbank”ın Müşahidə Şurasına (MŞ) üzv seçilib, 2011-ci ildən MŞ-nin üzvü olan Rauf Kazımov isə İH-nin sədri vəzifəsinə təyin olunub.
Eyni zamanda, İH sədrinin müavini Fəzail Musayev İH sədrinin birinci müavini vəzifəsinə gətirilib.
Xatırladaq ki, “Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]