
TuranBank Facebook istifadəçiləri üçün “TuranBank – 24 il” adlı aksiyaya start vermişdir
TuranBank Facebook istifadəçiləri arasında “TuranBank – 24 il” adı altında hədiyyəli aksiyaya start vermişdir. Bankdan economic-ə verilən məlumata görə, Aksiyanın şərtlərinə əsasən, Facebook istifadəçiləri 1 iyun – 1 iyul tarixləri aralığında bu il özünün 24 yaşını qeyd edən TuranBankın Facebook səhifəsini, bu səhifədə (https://www.facebook.com/TuranBankASC) yerləşdirilmiş təbrik postunu bəyənməli və onu sosial şəbəkədəki dostları arasında paylaşmalıdır. Səhifəni və postu 30 nəfərdən artıq dostu bəyənmiş iştirakçılar növbəti mərhələnin iştirakçısı olacaq və onların arasından 3 nəfər qalib elan olunacaq. Bank tərəfindən seçiləcək qaliblər pul mükafatı mədaxil olunmuş MC Standard kartı ilə mükafatlandırılacaqlar.
Bankın “TuranBank – 24 il” aksiyası haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]