
TuranBank AMFA-nın təsis etdiyi “İlin üzv təşkilatı – 2016” nominasiyasının qalibi olmuşdur
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzv təşkilatlar arasında uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən TuranBank qurumun “2016-cı ilin üzv təşkilatı” nominasiyasının qalibi olmuşdur. Bankdan economic-ə verilən məlumata görə, mükafat Bankın əməkdaşlarının AMFA tərəfindən həyata keçirilən layihə və tədbirlərdə aktiv iştiraklarına görə təqdim olunmuşdur.
Mükafat Banka bir sıra beynəlxalq və yerli investor şirkətlərinin, xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertlərinin iştirak etdiyi 8-ci Azərbaycan Mikromaliyyə konfransının gedişində təqdim olunmuşdur.
Qeyd edək ki, 2013-cü ildə TuranBank AMFA-nın “Effektiv Korporativ İdarəetmə” və 2015-ci ildə isə “Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat” nominasiyalarının qalibi seçilmişdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]