
“Təmassız ödəniş kartları üzrə lider bank”
“DəmirBank” ASC 2015-ci ildə ödəniş kartları ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülüb. Bankdan verilən xəbərə görə, eyni zamanda, bank “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə də birinci yeri tutub.
“DəmirBank” Azərbaycan plastik kartlar bazarında ilk banklardan biri olaraq 2015-ci ilin 3-cü rübündə ən son texnologiyalardan olan təmassız kartlar layihəsini reallaşdıraraq müştərilərinə təqdim edib. Bununla müştərilər vaxtlarına qənaət edərək nağdsız ödənişləri rahat şəkildə həyata keçirmə imkanını əldə ediblər. Eyni zamanda bir sıra ticarət nöqtələrinə təmassız ödəniş kart əməliyyatlarını həyata keçirməyə imkan verən POS-terminallar quraşdırılıb.
“DəmirBank” hər zaman plastik kart biznesi üzrə ön sıralarda olmuşdur. Belə ki, “DəmirBank” ölkədə kart emissiya edən ilk banklardan biridir. Hətta bəzi banklarda nağdsız ödənişlərin həyata keçirilməsi üçün sponsorluq funksiyasını yerinə yetirir.
Bankda bu sahədə böyük həcmdə investisiyalar qoyulub, nağdsız ödənişlərin inkişafı üçün bir sıra köklü yeniliklər həyata keçirilib. Yaxın zamanlarda yeni plastik kart proqram təminatına keçid olacaq ki, bunun nəticəsində plastik kartlara əsaslanan bir sıra yeni, innovativ bank məhsulları müştərilərin ixtiyarına veriləcək.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]