Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatmışdır
ECONOMIC.AZ: 2016-cı ilin may ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11423 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 2253-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 9170-i isə regionların payına düşmüşdür. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatmışdır.Onu da qeyd edək ki, 01 iyun 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130682 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 359 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]