
Sumqayıt Texnologiyalar Parkı əmək yarmakasında iştirak edib
Ölkəmizin qeyri-neft sektorunun ən əsas istehsal sahələrindən biri olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında keçirilən əmək yarmarkasında iştirak edib.
İş axtarışında olan universitetin tələbə və məzunlarına müxtəlif departamentlərində olan vakant yerlər barədə məlumat verilib və onların iş üçün müraciət anketləri qəbul olunub. Həmçinin müəssisədə təcrübə keçmək istəyənlərin istəkləri də qeydə alınıb.
STP artıq “Karyerada ilk addım” devizi altında keçirilən dörd əmək yarmarkasında aktiv iştirak edib.
Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Sumqayıt Texnologiyalar Parkı, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Müəssisə işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir. Texnoparkda mövcud olan bütün vakansiyalar rəsmi internet səhifəsində (www.stp.az) yerləşdirilir və namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət formalarını göndərə bilirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir
Noyabrın 2-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb. “TÜYAP” Sərgi […]
-
Bu il Bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb
Yarmarkada ən çox cökə balı satılıb Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə […]
-
İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar beynəlxalq sərgidə təmsil olunur
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild […]