SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə H.Əliyev adına NEZ-in yenidənqurma layihəsi üzrə qərargahın növbəti iclası olmuşdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə H.Əliyev adına NEZ-in yenidənqurma layihəsi üzrə qərargahın növbəti iclası olmuşdur

Aprelin 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Neft Emalı Zavodunda olmuş, müəssisənin yenidənqurma və modernizasiya layihəsi üzrə qərargahın növbəti iclasında iştirak etmişdir.SOCAR prezidentinin sədrlik etdiyi qərargahın üzvləri əvvəlcə, Ümummilli lider Heydər Əliyevin zavod ərazisində ucaldılmış büstünü ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoymuşlar. Sonra modernizasiya və yenidənqurma işlərinin vahid mərkəzdən idarəedilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirən SOCAR prezidentinə məruzə edilmişdir ki, obyekt zavod və layihənin idarəedilməsi üzrə podratçı qismində cəlb edilmiş “SOCAR-KBR” mütəxəssislərindən ibarət nümayəndələrin, İlkin Detallı Layihələndirmə (FEED) işləri üzrə podratçısı qismində layihəyə cəlb edilmiş Amec-Foster Willer və Socar-FW Mühəndis Xidmətləri Alyansının təmsilçilərinin və digər mütəxəssislərin birgə fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Daha sonra yeni ofisdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azərikimya” İB-nin modernizasiya və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilmişdir. SOCAR prezidenti H.Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirmiş, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirmişdir. R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu söyləmişdir. İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilmiş, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılmışdır. SOCAR prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə  müvafiq tapşırıqlar vermişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top