SOCAR-ın 2016-cı ilin sentyabr ayı üzrə ödənişləri – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SOCAR-ın 2016-cı ilin sentyabr ayı üzrə ödənişləri

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilmişdir.  Economic.az Socar-ın saytına istinadən bildirir ki, ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilmişdir.Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7 faiz çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 102,8 faiz çox olmuşdur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top