SOCAR-ın 2016-cı ilin dekabr ayı üzrə ödənişləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilmişdir.Qeyd edək ki, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olmuşdur. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilmişdir.
Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil etmişdir ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olmuşdur.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]