SOCAR-da Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir
Mayın 23-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin vitse-prezidenti Mohamad Johari Dasrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan SOCAR prezidenti Mohamad Johari Dasrini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona uğurlar arzulamışdır. Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında səmərəli ikitərəfli əlaqələrin yarandığını xatırlatmış və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bilıdirmişdir.
Səmimi qəbula və təbrikinə görə Rövnəq Abdullayevə minnətdarlığını bildirən “Petronas”ın vitse-prezidenti Mohamad Johari Dasri nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim etmiş, bildirmişdir ki, təmsil etdiyi şirkətin “Şahdəniz-2” layihəsinə qoşulmasından çox məmnundurlar. O, bu layihənin Malayziya və “Petronas” üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Azərbaycanın bütün dünyada qədim neft diyarı kimi tanındığını qeyd edən qonaq zəngin tarixə malik neft-qaz sənayemizin uğurlarını maraqla izlədiklərini söyləmiş, Azərbaycanın və SOCAR-ın böyük önəm verdiyi bir layihədə “Petronas”ın da iştirak etməsindən şad olduqlarını demişdir.
Rövnəq Abdullayev “Şahdəniz” layihəsi üzrə görülən işlər barədə qonaqlara ətraflı məlumat vermiş, bildirmişdir ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilən işlər qrafikə uyğun davam etdirilir, tərəfdaşlar layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün əzmlə çalışırlar. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, boru kəmərlərinin inşası üzrə işlərin əvvəlcədən planlaşdırıldığı şəkildə aparıldığını, bu günlərdə layihənin əsas hissələrindən biri olan Trans-Adriatik boru kəmərinin təməlinin qoyulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bütün bu proseslər 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə çatdırılmasının mümkün olacağına əminlik yaradır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışd
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]