SOCAR-da Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SOCAR-da Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

İyunun 20-də SOCAR-ın prezidenti İyunun 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açmış, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır. SOCAR-da keçirdiyi əvvəlki görüşləri böyük məmnunluqla xatırlayan Datuk van Zulkiflee van Ariffin səmimi qəbula görə təşəkkürünü bildirmiş, Azərbaycanda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. “Petronas”ın “Şahdəniz-2” layihəsində uğurla fəaliiyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırmışdır. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləmiş, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları məmnunluq hissi ilə qeyd etmişdir.

Rövnəq Abdullayev SOCAR-ın həyata keçirdiyi layihələrdən söz açmış, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırmışdır. SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açmış, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır. SOCAR-da keçirdiyi əvvəlki görüşləri böyük məmnunluqla xatırlayan Datuk van Zulkiflee van Ariffin səmimi qəbula görə təşəkkürünü bildirmiş, Azərbaycanda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. “Petronas”ın “Şahdəniz-2” layihəsində uğurla fəaliiyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırmışdır. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləmiş, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları məmnunluq hissi ilə qeyd etmişdir.

Rövnəq Abdullayev SOCAR-ın həyata keçirdiyi layihələrdən söz açmış, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırmışdır. SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top