
“Şimşək” sistemilə pul köçürmələrinizi daha rahat həyata keçirin
“DəmirBank”ın “Şimşək” sistemi vasitəsilə ölkədaxili pul vəsaitini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür.Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. “Şimşək” pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.
Qeyd edək ki, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Şimşək” sistemi üzrə də pul göndərənlərə mobil rabitə ödəmə kartı hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürənə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bankbeynəlxalq pul köçürmələrini Western Union, Blizko, PrivatMoney, UPT, Leader,Forsaj, Monex sistemləri ilə həyata keçirir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
https://www.facebook.com/demirbank.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]