Sauber F1 komandası: Bakıda çox sayda pərəştişkar görməyi ümid edirik – Müsahibə – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sauber F1 komandası: Bakıda çox sayda pərəştişkar görməyi ümid edirik – Müsahibə

ECONOMİC.AZ: Sauber F1 komandasının üzvləri Markus Eriksson və Felipe Nasr ilə müsahibə

Bakı Şəhər Halqasının sxemi haqqında nə deyə bilərsiniz? Simulyatorda test etmisinizmi?

Markus Eriksson: Deyə bilərəm ki, 6 km uzunluğunda olan Bakı treki çox uzundur, bundan əlavə Monako və Sinqapurdan sonra üçüncü şəhər treki olacaq. Simulyator olmadığından, Bakı Şəhər Halqasını test edə bilməmişik. Ona görə yarışdan öncə – dördüncü gün trek boyu gəzinti bizim üçün böyük əhəmiyyət kəsb edir.

Felipe Nasr: Bakı treki uzunluğuna görə Spadan sonra ikincidir və bildiyimə görə orada çempionatın ən uzun düzlüyü olacaq. Dördüncü gün trek ilə yaxından tanış olmalıyıq.

Bakı və Azərbaycan haqqında nə bilirsiniz?

M.E: Düzünü desəm, çox məlumatım yoxdur, lakin yeni şəhərlərə səyahət etməyi çox sevirəm.
F.N: Eynən Markusun dediyi kimi, səbirsizliklə Bakıdakı yarışı gözləyirəm.

Mövsümün başlanğıcını necə xarakterizə edərdiniz?

M.E: Bolidimiz Sauber C35-i nəzərə alsaq, şəxsən öz çıxışımdan razıyam. Komandaya gəldikdə isə, rəqabətə daha davamlı olmağı və xal uğrunda mübarizə aparmağı istərdim.

F.N: Mövsüm bir az çətin keçir. Lakin mövqeyimizi daha da yaxşılaşdırmaq üçün çalışırıq. Hər yarışa maksimum dərəcədə hazırlaşıram.

Yeni trekə gəldikdən sonra illk işiniz nə olur?

M.E. Trek üzrə gəzintiyə çıxıram.
F.N. Markusun sözlərinə qatılıram.

Əgər özünüzə bir rəqib seçsəniz – kim olardı? 

M.E: Ronni Peterson.
F.N: Ayrton Senna.

Bir neçə şəxsi sual: 

Dünyada Formula 1 yarışları olmasaydı nə ilə məşğul olardınız?

M.E: Hokkeyçi olardım.
F.N: Başqa idman növündə iştirak edərdim və ya mühəndis olardım.

Bu il oxuduğunuz sonuncu kitab hansıdır?

M.E. Bu il kitab oxumamışam.
F.N: Andre Aqassinin bioqrafiyası.

Sonuncu musiqi albomlarından sevdiyiniz üç albomu deyə bilərsinizmi?

М.E: Millencolin, Avicii, Calvin Harris.
F.N: Pink Floyd, Matisyahu, Pearl Jam.

Hansı filmi gözləyirsiniz?

M.E: Hansısa filmi xüsusi olaraq qeyd etmək istəməzdim.
F.N: Hər hansı bir döyüş filmini.

Azərbaycanda olan pərəstişkarlarınıza nə demək istərdiniz? 

М.E: Çox sevinirəm ki, Formula 1-də yeni ölkə və yeni trekdə çıxış edəcəyik. Səbirsizliklə Bakıdakı yarışı gözləyirəm və ümid edirəm ki, bizi dəstəkləyən çox sayda pərəstişkar görəcəyik.

F.N: Hər zaman yeni ölkələrdə çıxış etməyi dəstəkləyirəm. Ümid edirəm ki, çox sayda pərəstişkar bizi dəstəkləməyə gələcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top