“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb – FOTO/VİDEO
10-12 iyun tarixlərində Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG Helicopter Services” kommersiya aviaşirkətinin müasir “Agusta Westland AW109SP” helikopteri cəlb edilib.
Bu barədə “ASG Helicopter Services” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, helikopterin bu növü yüksək keyfiyyətli aeroçəkilişin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış foto və video avadanlıqlarla təchiz edilib.
Burada həmçinin istənilən hava və işıqlandırma şəraitində istifadə etməyə imkan verən peyk naviqasiyası sistemi quraşdırılıb.
“Formula-1” tədbirinin çəkiliş qrupu helikopterin texniki imkanları, eləcə də müasir aeroçəkiliş avadanlığı sayəsində sürətli yarış avtomobillərinin çəkilişlərini uğurla həyata keçirib.
Helikopterdə quraşdırılmış kameranın idarəetmə paneli vasitəsilə yarışın bütün görüntüləri real vaxt rejimində “Formula-1”in canlı efirində yayımlanıb.
Aeroçəkiliş həmçinin “Formula-1” ekspertlərinə yarış zamanı müxtəlif vəziyyətlərin və ya hadisələrin qiymətləndirilməsi və təhlilində əhəmiyyətli yardım göstərib.
Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişini aşağıdakı videoçarxda izləmək mümkündür:
Qeyd etməliyik ki, aviaşirkət kiçik aviasiyada çoxillik iş təcrübəsinə malikdir. “ASG Helicopter Services” Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir.
Aviaşirkətin helikopterlərinin köməyi ilə birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, FIFA-nın futbol oyunlarının, “Tour de Azerbaijan” velosiped yarışının aeroçəkilişləri həyata keçirilib.
Aviaşirkətin Zabrat hava limanında yerləşən hava gəmiləri parkı “Air Ambulance” avadanlığı ilə təchiz edilmiş “Agusta Westland AW-139”, həmçinin “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, AW109SP, MI-8 AMT, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1” helikopterlərindən, həmçinin “Cessna 172S” təyyarələrindən ibarətdir.
“ASG Helicopter Services” şirkətinin işçi heyəti hər zaman sifarişçinin istəklərini maksimal dəqiqliklə, onun zamanı və vəsaitinin minimal sərfi ilə yerinə yetirməyə hazırdır. Aviaşirkət təhlükəsizlik, perspektiv və uzunmüddətli əməkdaşlığı prioritet tutaraq, keyfiyyətli xidmət göstərməkdən məmnundur.
BƏNZƏR MƏQALƏLƏR
-
“Formula 1″ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb. […]
-
Azərbaycan Qran-prisinə yekun vurulub – FOTOREPORTAJ
“Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Yarışın sonuncu günündə “Formula 2″də […]
-
“Formula-1” turizmə necə təsir edəcək?
“Formula-1” turizmdə inkişafı bərpa edəcək Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də turizm tədricən bərpa […]