
Satışda zəhərli çiyələklər ola bilər XƏBƏRDARLIQ
Bazarda artıq çiyələk də satılır, alça da. Hələ bir az artıq pul xərcləsək, albalı, gilas, ərik və şaftalı da tapmaq olar… Amma bazara yenicə çıxarılmış mövsüm meyvələrindən nübar etməyə hər adam ürək eləmir. Elə həkimlər də nübar meyvələrini dadarkən ehtiyatlı olmağı məsləhət görürlər. Əsasən də yeni çıxmış çiyələyi…
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikoloji və Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru Yaqub İbrahimov açıqlamasında bildirib ki, hazırda satışa çıxarılan çiyələk Cəlilabad rayonunda yetişərək bazara çıxarılır.
Y. İbrahimov bildirib ki, satışa çıxarılan çiyək öncə labarator müayinədən keçirilir. Y. İbrahimovun sözlərinə görə, indiyədək Mərkəzə təqdim edilən çiyələklərdə nitratın, ağır metalların miqdarı çox çıxmayıb: “Bu o deməkdir ki, çiyələyin tərkibində insanı zəhərləyəcək səviyyədə gübrənin olması şayədir. Amma bu, ancaq yoxlanılan çiyələyə aiddir. Ola bilər ki, satışda bizim labaratoriyadan keçməyən, toksikoloji göstəricilərinə görə rəy almayan çiyələk də satılır. Bizim Mərkəz təbii ki, ölkədə yetişdirilən bütün çiyələyi yoxlamır. Amma yoxlamalar göstərir ki, hələki müayinələrə cəlb olunan çiyələkdə normadan artıq nitrat və ağır metallar aşkarlanmayıb”.
Bununla belə Y. İbrahimov bu mövsümdə çiyələk yeməyin hamilə qadınlar və uşaqlar üçün məsləhət olmadığını deyir. Onun sözlərinə görə, ciyələyin alergik xüsusiyyəti var: ” Bu mövsümdə isə çiyələyin alergik təsiri daha böyük olur. Ona görə də yazın ilk aylarında çiyələk yemək orqanizmi həsas olan, zəif olan insanlara məsləhət görülmür”.
Y. İbrahimovun sözlərinə görə, çiyələk orqanizmdə ən tez sovrulan giləmeyvədir. İlk aylarda, istixana şəraitində yetişdirilən çiyələklərin təsiri isə orqanizmə daha tez biruzə verir: “Amma immun sistemi güclü olan insanların istixana şəraitində yetişdirilən çiyələyi yeməsi təhükəli deyil”.
Y. İbrahimov hazırda çiyələyin labarator müayinəsinin davam etdirildiyini söyləyib. sia.az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]