
Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında iştirak edir
Mayın 2-də Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı öz işinə başlayıb. Economic-ə verilən məlumata görə, Mayın 5-dək davam edəcək toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
“Davamlı inkişaf naminə əməkdaşlıq” devizi altında keçirilən İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndə iştirakı edir.
İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun AİB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vençay Janq, Divakar Gupta və digər rəsmilərlə keçirdiyi işgüzar görüşlərdə Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən mövcud layihələrin əhəmiyyəti qeyd olunmuş, respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, enerji paylayıcı şəbəkələrin təkmilləşdirilməsi, habelə regionların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icra vəziyyəti müzakirə olunmuşdur. Görüşlərdə həmçinin, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində AİB-nın iştirakı ilə bağlı da fikir mübadiləsi aparılmışdır.
1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi etmişdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı
Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı Xəbər verdiyimiz kimi, Kapital Bank “Breyn Rinq” televiziya […]
-
“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. […]
-
Kapital Bank qalib tələbələri mükafatlandırdı
Kapital Bank qalib tələbələri mükafatlandırdı Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm […]