Sahibkarlar Səbail Rayon İcra Hakimiyətinə minnətdarlıqlarını bildiriblər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sahibkarlar Səbail Rayon İcra Hakimiyətinə minnətdarlıqlarını bildiriblər

Ötən gün bəzi elektron KİV-lərdə şəhərin mərkəz hissəsində yerləşən bir sıra iaşə obyektlərinə yerli icra orqanlarının mənfi münasibəti, onlardan ödənişlər tələb etmələri ilə bağlı məlumat yayımlanmışdı. Economic.Az SİA.az istinadən xəbər verir ki, məsələ ilə bağlı şəhərin mərkəzində, paytaxt sakinlərinin “Torqovaya” adlandırdıqları küçədə yerləşən “Mado” kafesi, “Namlı Kebab” restoranı və s. bir neçə iaşə obyektinin rəhbərləri müraciət edərək məlumatın həqiqətə uyğun olamaması, kiminsə təxəyyülünün məhsulu olmasını bildirmişlər. Ölkə başçısı cənab İlham Əliyevin ölkədə sahibkarların fəaliyyətinə dəstək verilməsi, onlara işlərində hər cür köməkliklərin olunması ilə bağlı tapşırıqlarından sonra bu gün Səbail rayonunda sahibkarların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb və bunu biz çox gündəlik işimizdə aydın hiss edirik. Müxtəlif yoxlamaların, işimizə əngəl törədən amillərin qarşısı alınıb. İlin əvvəlində Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bir neçə dəfə sahikarlarla görüş keçirib, rayondakı iş adamları arasında anonim sorğu aparılıb və sorğunun nəticələri ilə bağlı müvafiq tədbirlər görülüb.

Hər hansı problemlə üzləşdiyimiz zaman RİH-də yaradılmış “Qaynar xəttə” müraciət edirik ki, problem dərhal aradan qaldırılır.

Bununla əlaqədar bizim gündəlik fəaliyyətimizə yaradılmış şəraitə və göstərilən köməyə görə şəxsən Səbail RİH başçısı Eldar Əzizova və bu işlərin birbaşa rəhbəri olan Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top