
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 saylı İstilik Sistemləri İstismar Sahəsinə rəis təyin edilən Vətən Müharibəsi iştirakçısı Balayev Səfərəli Elçin oğlu bu gün iş kollektivinə təqdim edilib.
Səfərəli Balayev Füzuli, Cəbrayıl, Qubadlı və Laçının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi fakültəsində ali təhsil almış Səfərəli Balayev “Azəristiliktəchizat” ASC-də çalışdığı 5 (beş) il peşakar əmək fəaliyyəti ərzində müxtəlif vəzifələrin öhdəsindən uğurla gəlmişdir.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]
-
“Gəncə Xalça Kombinatı” MMC-də özəlləşməyə dair investisiya müsabiqəsi elan edilib
“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payının özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib İqtisadiyyat Nazirliyi yanında […]