
Şabran və Neftçala rayonlarının daha 2 kəndinə təbii qaz verilib
ECONOMİC.AZ: SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir.Uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturu gündən-günə inkişaf etdirilir. Mayın 6-da Neftçala və Şabran rayonlarının daha iki kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şabran rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 139 abonentlik Günəşli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 11978 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Həmin gün Neftçala rayonunun 233 abonentlik Xəzərkənd kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, birpilləli sistem əsasında həyata keçirilmiş qazlaşdırma işləri zamanı 34344 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri və sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
BƏNZƏR MƏQALƏLƏR
-
“AzəriLayt” markalı Azərbaycan nefti bahalaşıb
Rəsmi məlumata görə, avqustun 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin bir bareli 104,57 dollara satılır. Bu, […]
-
İranın ABŞ-ın neft sanksiyaları ilə bağlı bəyanatı
Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Tehranın neft və neft-kimya məhsullarının ticarətini dəstəkləyən 6 şirkəti […]
-
Tarif Şurasının Aİ-92 markalı benzin və dizelin qiymətinə dair qərarı
Tarif Şurasının iclasında Aİ-92 markalı benzin və dizelin qiymətinə dair verilən qərar bu yanacaq növlərinin […]