Sabah mənzil tikintisi layihələrinin sərgisi başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sabah mənzil tikintisi layihələrinin sərgisi başlayır

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22 noyabr 2016-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılış tədbiri keçiriləcək.

Dünyanın 10-a yaxın müxtəlif ölkəsinin nüfuzlu əmlak, tikinti və investisiya şirkətlərinin iştirak etdiyi Sərgi 24 noyabr tarixinədək davam edəcək.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır.

23 noyabr saat 14:00-da isə «Baku Expo Mərkəzi»ndə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda böyük konfrans baş tutacaq.

Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayacaq.

İştirak etmək istəyən KİV nümayəndələrinin Sərginin açılış tədbiri üçün 22 noyabr saat 10:30-da, Konfrans üçün isə 23 noyabr saat 13:30-da «Baku Expo Mərkəzi»ndə olmaları xahiş olunur.

marja.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top