
Rumıniyada daha bir SOCAR YDM-i (FOTO)
İyunun 6-da Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Economic.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, Nano 95, Nano Dizel və Nano Super Dizel tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb. Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi, burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksesuarları, “Roviniete” də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.
Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.


BƏNZƏR MƏQALƏLƏR
-
“AzəriLayt” markalı Azərbaycan nefti bahalaşıb
Rəsmi məlumata görə, avqustun 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin bir bareli 104,57 dollara satılır. Bu, […]
-
İranın ABŞ-ın neft sanksiyaları ilə bağlı bəyanatı
Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Tehranın neft və neft-kimya məhsullarının ticarətini dəstəkləyən 6 şirkəti […]
-
Tarif Şurasının Aİ-92 markalı benzin və dizelin qiymətinə dair qərarı
Tarif Şurasının iclasında Aİ-92 markalı benzin və dizelin qiymətinə dair verilən qərar bu yanacaq növlərinin […]