
Rövnəq Abdullayev BİF rəhbərləri və tanınmış beynəlxalq analitiklərlə görüşmüşdür
SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin kəşfiyyat və hasilat seqmentindəki portfel və strategiyasının təhlil olunması məqsədi ilə Beynəlxalq İnvestisiya Fondları rəhbərlərinin Bakıya iki günlük səfəri çərçivəsində keçirilmiş təbirdə iştirak etmişdir. Economic Socarın saytına istinadən bildirir ki, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə prezidenti Qordon Birrell bildirmişdir ki, “Capital Research International”, “Capital World”, “UBS Asset Management”, “Fidelity Research” və “JP Morgan Asset Management” daxil olmaqla dünyanın bir sıra investisiya fondlarının təmsilçiləri, habelə neft-qaz sektorundakı səhm bazarlarının araşdırılması üzrə tanınmış analitiklər Bakıya səfərləri zamanı BP-nin Azərbaycandakı uğurlu investisiya təcrübəsi ilə tanış olmuş və onlara gələcək investisiya imkanları haqqında məlumat verilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən enerji strategiyasının qələbələrindən danışmış, bu strategiyanın reallaşmasında BP-nin rolundan bəhs etmiş, bu şirkətlə əməkdaşlığı yüksək qiymətləndirmişdir. Rövnəq Abdullayev həmçinin qonaqlara SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında məlumat vermişdir. İki günlük səfərin və yekun tədbirinin məqsədi haqqında danışan BP-nin kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Bernard Looney demişdir: “Biz investorlarımızla gələcək fəaliyyətlərimiz haqqında danışmaq istəyərkən onları buraya – Azərbaycana gətirməyə qərar verdik. Neft-qaz sənayesinin gələcəyi barədə bilmək istəyən hər kəsin Bakıya gəlməsi lazımdır.”
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]