
“Red Bull” pilotu: Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür
Bakı şəhər trasında saatda 350 kilometrədək sürət yığmaq mümkündür.
Bunu Bakıda “Formula 1” Avropa Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında “Red Bull” komandasının pilotu Daniel Rikkardo deyib.
Onun sözlərinə görə, bu, mövsümdə ən sürətli şəhər trası olacaq.
Pilot qeyd edib ki, komandası mükafat yerləri uğrunda mübarizə aparacaq.
D.Rikkardo əlavə edib ki, tras çox maraqlı və çətindir: “Uzun düz yolun olması bizim üçün çox da yaxşı deyil, lakin döngələrdə mübarizə aparmaq niyyətindəyik”.
Bakıda birinci dəfə olduğunu deyən pilot vurğulayıb ki, Azərbaycan barədə ilk dəfə 2012-ci ildə eşidib: “Həmin vaxt burada “Red Bull Racing” yarışları keçirilirdi. Şəhərlə hələ tanış olmamışıq, lakin Bakı gözlədiyimdən də böyük təəssürat yaradır”.
trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb – FOTO/VİDEO
10-12 iyun tarixlərində Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG […]
-
“Formula 1″ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb. […]
-
Azərbaycan Qran-prisinə yekun vurulub – FOTOREPORTAJ
“Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Yarışın sonuncu günündə “Formula 2″də […]