
Qaxda tütünçülüyün, baramaçılığın və arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait var
Şəki-Zaqatala iqtisadi rayonunda, o cümlədən Qaxda tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Çünki sahibkarların istehsal etdikləri məhsulların real alıcıları, yəni emal müəssisələri var. “Şəki-İpək” ASC-nin, həmçinin tütünün ilkin emalı və fermentləşdirilməsi ilə bağlı müəssisələrin fəaliyyət göstərməsi imkan verir ki, bu rayonlarda yeni tut bağları salınsın, tütün əkini sahələri daha da artırılsın.
Bu fikirləri Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov Qaxda keçirilən işgüzar forum zamanı jurnalistlərə müsahibəsində deyib.
Forum çərçivəsində sahibkarlarla bu istiqamətdə işgüzar müzakirələrin aparıldığını vurğulayan qurumun rəsmisi, iqtisadi rayonda arıçılığın da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu bildirərək deyib: “Forumda sahibkarlara tövsiyə olundu ki, balın sənaye üsulu ilə emalı müəssisələrinin yaradılmasına diqqəti artırsınlar. Çünki, belə müəssisələrin yaradılması onların istehsal etdikləri məhsulların rəqabətə davamlı olacağına zəmin yaradır”.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]