
“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətində verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 866 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevralın 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib
Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən […]
-
Yeni Qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?
Dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi üçün […]
-
Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. […]