Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib

Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib

Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu taxıl əkini ilə məşğul olan fermerlərə müraciət edib.

Müraciətdə bildirilir ki, mövcud qanunvericiliyə əsasən, 10 hektar və daha çox sahədə payızlıq əkin aparan fermerlər subsidiya almaq üçün öz sahələrini mütləq qaydada sığortalamalıdır.

Fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) bəyan etdirdikdən sonra aqrar sığorta üçün müraciət etməlidirlər. Bu barədə onların EKTİS-də qeydiyyata düşən əlaqə nömrəsinə Aqrar Sığorta Fondu tərəfindən SMS göndərilir.

Qeyd edək ki, 2021/2022-ci illərdə bitkiçilik üzrə 55 024 aqrar sığorta müqaviləsi bağlanıb ki, bunun da 41 529-u, yəni təxminən 75 faizi buğda və arpa sahələrinin payına düşür.

Ümumilikdə bügünədək ölkə üzrə əkinə yararlı sahələrin 23 faizi Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. Sığortalanan 450 min hektara yaxın əkin sahəsinin 370 min hektarını buğda və arpa sahələri təşkil edir.

2021/2022-ci il əkin mövsümündə bitkiçilik üzrə toplanan sığorta haqqının məbləği 11 milyon 500 manatı ötüb. Aqrar Sığorta Fondu tərəfindən baş verən sığorta hadisələri ilə bağlı ilin sonunadək 3 milyon manat zərər ödənişlərinin edilməsi gözlənilir.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2021-ci ildə 2020-ci illə müqayisədə aqrar sığorta bazarında 450 faizlik artım olub və 2022-ci ilin 9 ayında müsbət dinamika davam etdirilib. Belə ki, ilə ötən ilin eyni dövrünü müqayisə etdikdə 230 faizlik bazar artımı qeydə alınıb.

“Əldə olunan nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir. Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri isə fermerlərə imkan verir ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Bu gün fond 41 bitkini sığortalayır və ölkə üzrə istehsalın 95 faizini, fermerlərin isə 96 faizini xidmətlərlə əhatə edir. Bu o deməkdir ki, 100 fermerdən 95-i bu xidməti ala bilər. İlk ilimizdə 45-50 min müqavilə imzaladıq, bu da özlüyündə xidmətlərin inkişafının göstəricisidir”.

Qeyd edək ki, fermerlər istənilən vaxt telefonla 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

Top